Service Image

TURNİKET

* TURNİKET - Kontrol edilən ərazilərdə istifadə üçün uyğundur. Yəni, girişə və çıxışa məhdudiyyət qoymaq, eləcə də vaxta nəzarət etmək üçün ideal vasitədir. Turniketlərin fərqli növləri mövcuddur.   

*Surətli keçid turniketi (fast turniket, şüşəli turniket)

*Bel turniket (təkayaqlı tripod turniket,ikiayaqlı tripod turniket və s.)

*Boy turniket və s.

Surətli keçid turniketləri (fast turniketlər) – daha çox insanların giriş-çıxışlarını nizamlamaq və nəzarət etmək üçün istifadə edilir. İntensiv olaraq istifadə edildikdə belə bu turniketlər problemsiz işləyir. Bu səbəbdən surətli keçid turniketləri daha çox insan axını olan ərazilərdə tədbiq edilir. Üstəlik, paslanmaz materialdan və xüsusi boyadan istifadə edildiyi üçün bir çox məkanlara uyğun gəlir.

Turniket-tripod metro, avtovağzal, ticarət mərkəzlərində, aeroportlarda, xəstəxanalarda və s. kimi ərazilərdə istifadə edilə bilər. Bu turniketlərin bir sıra modelləri mövcuddur: divar tipli, düşən qollu, təkayaqlı, cütayaqlı və s.

Əngəlli turniket daha çox sərbəst keçid verə bilmək və ya keçidin bir tərəfli olduğumnu göstərmək üçün istifadə edilir. Daha çox supermarket, ticarət mərkəzlərində, növbə olan yerlərdə istifadəsi uyğundur. Bu turniketin qolları üzərinə hər hansı bir yazı və ya işarə qoymaq mümkündür. Boy turniketləri insan boyundan böyük olması ilə seçilir. Stadion, konsert zallarında və bu tip ərazilərdə istifadə edilə bilər. Turniketlər insan boyundan hündür olduğu üçün axının qarşısını alır. Boy turniketlər həbsxanalarda, yüksək güvənliyə ehtiyac olan ərazilərdə, dövlət qurumlarında rahatlıqla istifadə edilə bilər. Daxildə və xaricdə montaj oluna bilər (bu turniket tiplərinin də bir sira modelleri var dördqollu, üçqollu). Hündürlükləri əsasən 225 sm. olur. Boy turniketlərin ağırlığı da modellərinə uyğun olaraq dəyişir. Lazım olduqda isə qolları sərbəst keçid verə bilər.

Bizi İnstaqramdan izləyin

@tehlukesizliksistemi_lifeguard

Partnyorlar