Service Image

ŞLAQBAUM

Şlaqbaum – nəzarətdə olan əraziyə nəqliyyatın girişinin məhdudlaşdırılmasının ən effektiv həll yoludur. Şlaqbaumları həyət, avtodayanacaq, müəssisələrdə quraşdırmaq mümkündür. Qaranlıq vaxtı görünməsi üçün üzərinə xüsusi işıq elementlərindən istifadə etmək olar (gövdə və oxun üzərində).

Şlaqbaum komplektinə gövdə, qol, haça, 2 ədəd pult daxildir. Xususi boya ilə örtülməsi şlaqbaumları korroziyaya davamlı edir. Buna gorə də istənilən hava şəraitinə uyğundur (külək, şaxta, yağıntı və s.).

LifeGuard şirkəti Sizin diqqətinizə ən yeni və müasir şlaqbaumları təklif edir. Şlaqbaumlarımız İtaliya, Türkiyə, Belarusiya, Rusiya, və Çin istehsalıdır.

Qiymətlər şlaqbaumların istehsal ölkəsi, qolların uzunluqları, əlavə edilən elementlərə əsasən dəyişir.

Gündəlik istifadə üçün də yararlı olan bu şlaqbaumlar asan istifadəsi və yüksək keyfiyyəti ilə  fərqlənir.                                                                                                

Bizi İnstaqramdan izləyin

@tehlukesizliksistemi_lifeguard

Partnyorlar